Bakıda avtobusların hərəkəti dəyişdirildi - SƏBƏB

Oktyabrın 16-dan 17-nə keçən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində problemlər yaranıb. Avtsofer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin sektor müdiri Mail Ağayev məlumat verib.
Onun sözlərinə görə, hazırda paytaxtın Ziya Bünyadov prospektində avtomobillərin hərəkəti dayanıb. Artıq aidiyyəti qurumlar həmin yolda avtomobillərin hərəkətinin bərpası istiqamətində işlər görür.
M.Ağayev qeyd edib ki, Ziya Bünyadov prospektinin bağlanması ilə bağlı metronun "20 Yanvar" stansiyasından "Koroğlu" stansiyası istiqamətinə gedən avtobusların hərəkət traektoriyasında da dəyişiklik edilib. Agentlik həmin ərazidə tıxacların qarşısını almaq üçün avtobusların alternativ yollardan istifadə etməsi barədə qərar qəbul edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












