Bakıda avtobusların qarşısını kəsən "qəhrəman" sürücülər - VIDEO

Təqdim etdiyimiz üç videogörüntünün hər birində avtobusun təhlükəsiz hərəkətinə maneə yaradan və bununla avtobusdakı sərnişinlərin həyatını təhlükə qarşısına atan yol hərəkəti iştirakçılarının ciddi qayda pozuntuları əks olunur.
Avtosfer.az “BakuBus”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, birinci hadisə 23.01.2018-ci il tarixində saat 14:19 radələrində 1 saylı marşrut xətti üzrə üzü 28 May m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-231 dövlət qeydiyyat nişanlı avtobusun Qara Qarayev m/s dayanacağına yaxınlaşarkən baş verib.
İkinci hadisə 26.01.2018-ci il tarixində saat 16:39 radələrində 6 saylı marşrut xətti üzrə üzü Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JH-096 dövlət qeydiyyat nişanlı avtobus Elmlər Akademiyası m/s yaxınlığında olarkən baş verib.
Üçüncü hadisə isə 28.01.2018-ci il tarixində saat 09:45 radələrində 17 saylı marşrut xətti üzrə üzü İnşaatçılar m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-195 dövlət qeydiyyat nişanlı avtobusun 2 saylı Tibb Kollecinə yaxınlaşarkən baş verib.
Videogörüntülərdən də aydın göründüyü kimi hər üç hadisədə avtobusu idarə edən sürücülərin sayıqlığı nəticəsində baş verə biləcək real yol hərəkəti qəzasının qarşısı alınmış və sərnişinlər arasında xəsarət alan olmamışdır. Ancaq bununla belə salonda olan onlarla sərnişinin həyatı təhlükə qarşısında qalmış və ictimai nəqliyyatın təhlükəsiz həəkətinə ciddi şəkildə maneə yaranıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












