Bakıda avtokassada bilet satışına suni maneə yaradılıb - VİDEO

Bakıda avtokassada bilet satışına suni maneə yaradılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində bir qrup şəxs avtobus sürücülərinə sərnişin sayına görə bilet satışının həyata keçirilməsinin qarşısını almağa çalışıb. Onlar avtokassanın işçiləri ilə əlbəyaxa dava edib. Həmin şəxslərin iddiasına görə biletlər qanunsuz satılır. Əraziyə polis işçiləri dəvət olunub. Bilet satışı işinə maneə törədən şəxslər Qaradağ Rayon Polis İdarəsinə aparılıb. Kassanın rəhbəri bildirib ki, 2000-ci ildən burda fəaliyyət göstərirlər. Son iki gündür ki, özlərini təqdim etməyən naməlum şəxslər bilet satanlara qarşı qol gücündən istifadə edirlər. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinə rəsmi müraciət edilib. İdarədən bildirilib ki, suni əngəl yaradan şəxslərin izahatı alınıb. Araşdırma aparılır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












