Bakıda avtomobillərdən oğurluq edən dəstə peyda olub – FOTO

Bakıda avtomobillərdən oğurluq halları artıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, oğrular, adətən, avtomobil sahibini bir müddət izləyirlər. Avtomobilə hansısa qiymətli əşyanın qoyulduğunu görəndən sonra şüşəni sındıraraq bu əşyaları götürürlər. Oxucular pul kisəsi, smartfon, bahalı noutbuk və digər əşyaların avtomobildən oğurlanması halları ilə qarşılaşdıqlarını deyir. Nərmin Məmmədova adlı xanım Oxu.Az-a bildirib ki, 30 yanvar tarixində saat 03:00 - 04:00-da Nəsimi rayonu Mircəfər Cəfərov küçədə üç-dörd binanın qarşısında dayanan 5-6 avtomobilin şüşəsini qırıb oğurluq ediblər. Digər oxucu Malik Rəşidov redaksiyamıza bildirib ki, o da oxşar hadisə ilə qarşılaşıb: “Hadisə Hüseyn Seyidzadə 7 küçəsində baş verib. Mən də olmaqla üç nəfərin avtomobilinin şüşələri qırılıb və oradan oğurluq etmək istəyiblər, lakin nəqliyyat vasitələrimizdə dəyərli əşya olmadığından heç nə götürməyiblər”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












