Bakıda avtomobillərə qənim kəsilənlər ələ keçdi – FOTOLAR

Paytaxt ərazisində avtomobillərdən mobil telefon, pul və digər qiymətli əşyalar oğurlayan şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Binəqədi rayonu ərazisində ona məxsus “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd mobil telefon oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları paytaxtın müxtəlif ərazilərində satdığı məlum olub. E.Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfər saxlanılıb. Xətai RPİ (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.
Faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Binəqədi, eləcə də Xətai RPİ-yə müraciət edə bilərlər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















