Bakıda avtomobillərə və yola ziyan vuran ağacalara niyə qulluq edilmir? – RƏSMİ AÇIQLAMA

Son günlər sürücülər paytaxtın bir sıra küçə və prospektlərində əqliyyat vasitələrinin həm hərəkətinə mane oan, həm də ziyan verən elementlərlə tez-tez rastlaşır.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov və Xətai rayonunun bəzi küçələrində ağacların yol sallanması avtomobillərə ziyan vurur.
Belə ki, Nərimanov rayonu Heydər Əliyev, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Xətai rayonu Üzeyir Hacıbəyov, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində yolların kənarlarındakı ağaclara vaxtında qulluq edilmədiyi üçün aşağı əyilən budaqlar nəqliyyat vasitələrinə maneə yaradır. Heydər Əliyev və Yusif Səfərov küçələrində ağacların vaxtaşırı budanmaması həm də dönmələr zamanı sürücülərin döngələri görməsini də çətinləşdirir.
Belə hallar təkcə fərdi nəqliyyat vasitələrinə deyil, yeni nəsil avtobuslara da maneə yaradır. Belə ki, “Baku Bus” MMC-yə məxsus avtobusların bir çox mexanizmləri məhz nəqliyyat vasitəsinin damında yerləşir deyə, məhz həmin hissə kənar müdaxilələrdən qorunmalıdır. Ağacların yola əyilməsi avtobusların damındakı mexanizmlərə ziyan vurduğu üçün tez-tez təmirə göndərilməli olur.
Mövzu ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, paytaxt ərazisində avtobus zolağlarında və yol kənarlarında budama prosesi mütəmadi olaraq aparılır. Lakin onu da nəzərə almaq lazımdır ki, ağaclar canlı olduğundan budaqlar bir müddətdən sonra artır və bəzi yerlərdə yenidən belə mənzərə yarana bilir.
Səfər
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO








