“Bakıda avtoxuliqanlıq etdiyi deyilən qadın sürücü polis deyil” - AÇIQLAMA

Səbail Rayon Dövlət Yol Polis İdarəsi rayon ərazisində qadın polis əməkdaşının avtoxuliqanlıq etdiyinə görə saxlanılması barədə məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə idarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 10 MA 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 30 yaşlı Neymətova Elmira Zahir qızı polis əməkdaşı deyil və avtoxuliqanlıq etməyib. Məlumatda bildirilib ki, ötən gün Neftçilər prospektində E.Neymətovanın idarə etdiyi avtomobil İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) tələblərini pozduğu üçün saxlanılıb. Onun avtomobili Səbail rayonunda yerləşən müvəqqəti duracağa aparılıb. "Elmira Neymatova 60 manat məbləğində cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan aparıb", - idarədən bildirilib.
Qeyd edək ki, mətbuatda E.Neymətovanın polis əməkdaşı olması barədə xəbər yayılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












