Bakıda bağlanmış yollarla bağlı ən son məlumat

Hazırda Bakının bağlanmış 5 küçə və prospektində təmir işləri aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat veriblər.
Qeyd edilib ki, Alfred Nobel prospektinin K.Kərimov küçəsi ilə kəsişməsində şəhər istiqamətində 4-cü zolaqda təmir işləri aparılır.
Ceyhun Səlimov küçəsinin Mərkəzi Hərbi Hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində olan hissəsi metronun yeni stansiyasının tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.
Neftçilər prospektində Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən "Azneft" dairəsinə qədər olan hissəsində yolun "Azneft dairəsi" istiqamətində iki zolaq bağlanıb, hazırda təmir işləri gedir.
Əziz Əliyev küçəsi Qoşa Qala qapısının önündə aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti bağlanıb.
Nəhayət, Heydər Əliyev prospektindən Davud Aslan küçəsinə giriş bağlıdır.
Nəqliyyat vasitələrinin sürücülərinə bunları nəzərə almaq və göstərilən istiqamətlər üzrə hərəkət edərkən alternativ yollar seçmək tövsiyə olunur.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












