Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar – FOTO

10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub. Avtosfer.az big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb. Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb-gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə avtomobilin şini bu şəkildə doğranaraq, yararsız hala salınıb. Lakin indiyə kimi polis həmin hadisələrdən heç birinin üstünü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun avtomaşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə, avtomaşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










