Bakıda Beynəlxalq nəqliyyat dəhlizi istiqamətində görülən işlər müzakirə olunub

İyunun 10-da Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 20 aprel 2016-cı ildə Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisi eyni zamanda İran tərəfdə görülən işlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəmcma uyğun olaraq işlər davam etdirilir.
İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın çıxış edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirdi.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













