Banner

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı toplantı keçirilir - FOTO

Gündəm 1 Aprel 2017 13:34 Oxunub 1386
Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı toplantı keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirdə Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yollarının rəhbərləri iştirak edirlər

Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağı keçirilir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC- nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak edir.

Qurumun İdarə Heyətinin toplantısında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyində üzvlük haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı üzrə İşçi Qrup haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı inkişafı üzrə TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İşçi Qrupunun tərkibinin təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi işçilərinin əmək haqlarına dair müddəanın təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2017-ci il üçün tədbirlər planının təsdiqlənməsi, ümumi yığıncaqda isə təsisçilərin ümumi məclisinin qərarı ilə təsdiq edilmiş TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Nizamnaməsinin qüvvədən düşməsi,  TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Nizamnaməsinin təsdiq edilməsi haqqında, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinə dəyişikliklər edilməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Təftiş Komissiyası haqqında müddəanın təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Təftiş Komissiyasının tərkibinin təsdiqlənməsi, TBNM Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi loqotipinin təsdiqlənməsi və digər məsələlər müzakirə ediləcək.

Tədbirin sonunda müvafiq protokol imzalanması gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb. Daha sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulub.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh