Bakıda bəzi ağaclar avtobusların hərəkətinə maneə olur - VİDEO

Bakının bir sıra küçə və prospektində çəkilmiş avtobus zolaqları ictimai nəqliyyatın hərəkət intensivliyini yaxşılaşdırsa da, bəzi hissələrdə maneələr yenə də qalır.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrində ağac budaqları yol nişanlarının görünməsinin qarşısını almaqla yanaşı, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinə maneə olur.
Bildirilib ki, bu ərazilərdə avtobuslar zolaqla hərəkətdə olarkən qarşılarına çıxan ağaclara çırpılmamaq üçün sürücülər nəqliyyat vasitəsini sola çəkir və zolaqdan çıxmağa məcbur olur. Bu da digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır. Bəzi hallarda qəzaya səbəb olur.
Paytaxtda ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu”dan bildirilib ki, ağac budaqlarının yolun hərəkət hissəsini tutması səbəbindən nəqliyyat vasitələrinə bəzi hallarda ziyan dəyir və bu hal avtobus zolaqlarının effektivliyini aşağı salır: “Məsələ ilə bağlı tərəfimizdən də aidiyyəti qurumlara müraciət edilib”.
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB









