Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək - VİDEO

"Formula-1" yarışlarının keçiriləcəyi günlərdə Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək. Bakının mərkəzi küçələrində fasiləsiz hərəkəti təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar 20 saat xidmət göstərəcək. 5, 53 və 65 saylı xətt üzrə hərəkət edən avtobusların hərəkət istiqaməti və intervalı dəyişəcək. 5 nömrəli xətt Nizami küçəsinədək, 53 nömrəli Bakı Əl Oyunları Sarayınadək, 65 nömrəli marşrutun avtobusları isə Azərbaycan prospektinədək hərəkət edəcək. Trekə 5 nömrəli avtobusla getmək istəyənlər Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində, 53 nömrəli avtobus vasitəsilə Bakı Əl Oyunları Sarayının qarşısında, 65 nömrəli avtobusla gedənlər isə Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək tribunaya qədər piyada getməlidirlər.
Bu stansiyalarda gecə saat 2-dək girişə icazə veriləcək. Digərlərində isə 12-dək giriş, 2-dək çıxış mümkün olacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












