Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO

Şəhər küçələrində hərəkət edən sürücülərin diqqətini tez-tez bir məqam cəlb edir: yolun “oxu”nun dəyişməsi və zolaqların sayının birdən-birə artıb-azalması.
Avtosfer.az-ın araşdırmalarına görə, sürücülərin bir çoxu bunu qeyri-adi və ya layihə səhvi kimi qiymətləndirsə də, mütəxəssislər bildirirlər ki, bu, tamamilə normal və məqsədli yanaşmadır.
Yol hərəkətinin təşkili üzrə tətbiq edilən bu üsul “lokal genişləndirmə” adlanır. Xüsusilə kəsişmələrdə zolaq sayının, məsələn, 2-dən 4-ə qədər artırılması bir neçə mühüm məqsədə xidmət edir.
İlk növbədə, bu addım buraxılış qabiliyyətinin artırılmasına yönəlib. Kəsişmələr yol şəbəkəsinin ən həssas nöqtəsi, başqa sözlə desək, “dar boğazı” hesab olunur. İşıqforun qırmızı işığında toplanan nəqliyyat axınının yaşıl işıq yanan kimi daha sürətli şəkildə hərəkətə başlaması və növbənin qısa müddətdə əriməsi üçün əlavə zolaqlar yaradılır.

Bundan əlavə, lokal genişləndirmə münaqişə nöqtələrinin azaldılmasına xidmət edir. Sola və ya sağa dönən nəqliyyat vasitələri üçün ayrıca zolaqlar ayrılır. Nəticədə dönmə manevri edən sürücülər düz istiqamətdə hərəkət edən əsas axını ləngitmir, ümumi hərəkət ritmi qorunur.
Mütəxəssislər bildirirlər ki, bu yanaşma təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır. Hər bir istiqamət üçün dəqiq trayektoriya müəyyən edilməsi – yəni hərəkətin “kanalizasiya” prinsipi ilə təşkili – sürücülərin manevr zamanı bir-birinə mane olmasının qarşısını alır, qəza riskini azaldır.
Lokal genişləndirmə piyadalar və velosipedçilər üçün də əlavə üstünlüklər yaradır. Yolun müəyyən hissəsində genişlənmə hesabına təhlükəsizlik adacıqları salmaq mümkün olur. Bu isə piyadaların yolu mərhələli şəkildə, daha təhlükəsiz formada keçməsinə şərait yaradır.
Beləliklə, küçə şəbəkəsinin əsas hissəsinin yığcam saxlanılması, lakin kəsişmələrdə funksionallığın artırılması şəhər nəqliyyatının daha səmərəli və təhlükəsiz təşkili üçün tətbiq edilən müasir yanaşmalardan biri hesab olunur.
Eltac
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA
İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA










