Bakıda binanı “bazar”a çevirənlər sakinlər üçün təhlükəli vəziyyət yaradıblar - VİDEO

Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi bina 3a ünvanında yaşayan sakinlər təhlükəli vəziyyətlə üzləşiblər.
“Report”un xəbərinə görə, sakinlər bildiriblər ki, yaşadıqları binanın ön və arxa hissəsinə qanunsuz artırmalar edilib.
Nəticədə binada təhlükəli vəziyyət yaranıb.
Onların sözlərinə görə, qanunsuz artırmalar şəklində tikilən obyektlər binanı yararsız hala salıb və ərazidə təhlükəli durum yaranıb.
Şikayətçilər məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Problemlə bağlı əraziyə cavabdeh olan 20 saylı Mənzil İstismar İdarəsinin rəisi Niyazi Aşurov bildirib ki, bu vəzifəyə bir il əvvəl təyin olunub. Sözügedən obyektlər isə ondan əvvəl tikilib. Hazırda gedən tikinti-söküntü işlərindən isə xəbərsizdir.
Nərimanov Rayon İcra Hakimiyyətindən də məsələyə eyni münasibət bildirilib. Qeyd olunub ki, sözügedən obyektlər uzun illər əvvəl tikilib.
Daha ətraflı videomaterialda:
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










