Bakıda bir qrup avtobus sürücüsü etiraz aksiyası keçirir - VİDEO

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçirirlər. Bunu "Report"a etiraz aksiyası keçirən sürücülər bildiriblər. Sürücülər "BakuBus" MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz edirlər. Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib. "Bizə öncədən heç bir məlumat verilməyib və sadəcə 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki bu avtobuslar təmiz şəraiti, kondisioner sistemi və s. zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun işinin dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik", - deyə sürücülər bildiriblər.
Qeyd edək ki, 18 saylı marşrut həftənin bütün günləri saat 06:10 - 23:00 radələrinədək Həmzə Babaşov küçəsindən Mərkəzi Univermağa qədər hərəkət edirdi.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












