Bakıda böyük ağac maşınların üstünə aşdı - VİDEO

Ötən gün Bakıda əsən güclü külək nəticəsində sağlam, inkişafda olan bir ağac kökündən çıxaraq maşının üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb: "Lakin maşının üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. O yük olmasaydı, ağac maşına ciddi zərər vurardı".
O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq, Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə 2 yerdə ağacların budaqları sınıb. Onların arasında "Qırmızı kitab"a düşən 1 ədəd Eldar şamı ağacı da olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












