Bakıda bu avtobus 1 saatdan artıq intervalla gəlir - ŞİKAYƏT

Sakinlər Bakının iki qəsəbəsini birləşdirən avtobus xəttindən şikayətçidir.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Baku.ws”in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, söhbət Hövsan ilə Türkan qəsəbələri arasında işləyən 215 saylı marşrut avtobuslarından gedir. Günün istənilən saatı bu avtobusların intervalı 1 saatdan çox olur:
"Əgər bir sərnişin avtobusu qaçırsa növbətinin gəlməsi üçün azı 1 saat gözləməli olur. Hər gün işə gedib-gələn biri olaraq çox əziyyət çəkirəm. Burda sakinlər qışın soyuğu, yayın istisi demədən avtobusu gözləyərkən çox vaxt itirir. Sürücülər iddia edir ki avtobus sayı azdır deyə vəziyyət belədir. İstərdik ki buna çarə tapsınlar", - deyə şikayətçi qeyd edib.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan bildirilib ki, məsələnin həlli ilə bağlı daşıyıcı şirkətə tapşırıqlar verilib:
"215 nömrəli marşrutun daşıyıcısına istismarında olan köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi və hərəkət cədvəlinə riayət olunması barədə tapşırıq verilib", - AYNA-nın açıqlamasında qeyd olunub.
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO









