Bakıda bu ərazidə evlər söküləcək - VİDEO

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq.
Avtosfer.az xəbər verir ki, evlər söküldükdən sonra ərazidə park salınacaq.
Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.
Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev “Xəzər Xəbər”ə təsdiqləyib ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq.
Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub - olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA








