Bakıda bu məktəbin şagirdləri təhlükəli yoldan istifadə edirlər - FOTO - VİDEO

Bakının Xətai rayonu, "Həzi Aslanov" metrosu yaxınlığında yerləşən 254 nömrəli tam orta məktəbin qarşısında yol infrastrukturu bərbad vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt sakinləri Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilib ki, məktəbin yanından piyadaların hərəkəti üçün şərait yaradılmayıb.
![]()
Şagirdlər və müəllimlər hər gün məktəbə gedib-gələrkən maşın yolunun ortası ilə hərəkət edirlər. Bununla bağlı dəfələrlə aidiyyatlı qurumlara müraciət edilib. Lakin heç bir tədbir görülməyib.
![]()
Hətta həmin ərazidə bir neçə dəfə piyada vurulması ilə nəticələnən yol qəzaları da olub.
Problemə münasibət öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülür.
" 254 nömrəli məktəbin ətrafı məhəllədaxili yollarla əhatələnib və nəqliyyat vasitələrinin hərəkətinin intensiv olmadığı ərazilərdəndir. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülür. Bu əraziyə də baxış keçirilərək sürət həddinin endirilməsi və tramplinlərin quraşdırılması məsələsinə baxıla bilər", - deyə qurumdan bildirilib.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










