Bakıda bu mərkəzi küçə bağlanacaq - DİQQƏT
Gündəm
7 Aprel 2023 10:53
Oxunub 728

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Belə ki bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.
Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













