Bakıda bu yollar bağlanır

Mayın 10-da Ümummili lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, mayın 10-da, səhər saat 8.00-dan başlayaraq tədbir tam başa çatana qədər Parlament prospektində və ona kəsişən digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam dayandırılacaq. Belə ki, Hüseyn Cavid, Mətbuat prospektlərinin, Həsən bəy Zərdabi, Mikayıl Müşfiq küçələrinin Parlament prospekti ilə kəsişən istiqamətlərində hərəkət məhdudlaşdırılacaq. Eyni zamanda, Teymur Elçin küçəsindən Parlament prospekti istiqamətində hərəkətə də qadağa qoyulacaq. Yol polisi sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər. Tədbir iştirakçılarından isə xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












