Bakıda bu yollar bağlı olacaq - SİYAHI

Bakının bir sıra küçələri nəqliyyatın hərəkətinə bağlanacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Xocalı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. V. Əsədovun sözlərinə görə, sabah səhər saat 08:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqamət dəyişdiriləcək.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün, vətəndaşlara, sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
Emin
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA











