Bakıda «Chacman» avtobusu aşırdı: Bakı Nəqliyyat Agentliyindən sərt reaksiya - FOTOLAR

Bu gün səhər saat 08:07 radələrində Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, metronun "Koroğlu" stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan «Ayşən LTD» MMC-yə məxsus 171 saylı xətt üzrə xidmət göstərən, "Daewoo" markalı, 10 TF 993 dövlət nömrə nişanlı avtobusla "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə "VAZ-2107" markalı maşın da aşan avtobusa çırpılıb.
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var. Xəsarət alanlardan hazırda 7 nəfəri xəstəxanadadır, digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardın göstərilərək evə buraxılıb. Qeyd olunub ki, hazırda 7 nəfərin 5-i reanimasiyada həkim nəzarəti altındadır, ancaq xəsarət alanlar üçün həyati təhlükə yoxdur. Xəsarətlər əsasən baş-beyin əzilməsi və sınıqlardır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarovanın Avtosfer.az-a verdiyi məlumata görə, Agentliyin əməkdaşları hadisə yerinə baxış keçirib və məlum olub ki, «Chacman» markalı yük avtomobilinin dövlət nömrə nişanı çıxarılıb: «Şahidlərin ilkin ifadələrindən belə məlum oldu ki, həmin yük maşını arxadan yüksək sürətlə gələrək avtobusa çırpılıb. Zərbənin təsirindən avtobus aşıb, yoldan keçən «VAZ-2107» markalı avtomobil də avtoubsa çırpılıb. Hadisədən dərhal sonra daşıyıcı şirkətin rəhbərliyi və Bakı Nəqliyyat Agentliyinin rəsmiləri hadisə yerində olublar. Eyni zamanda, yaralılara da baş çəkmişik. Agentlik yaralıların vəziyyətini tam nəzarətdə saxlayır».
N.Allahyarova onu da bildird ki, Bakı Nəqliyyat Agentliyi bu hadisədə təqsirli olan şəxsin barəsində tam ölçü götürülməsi üçün məsələni nəzarətdə saxlayacaq.
Elmin
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
















