Reklam

Bakıda çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT - VİDEO

Gündəm 23 Sentyabr 2024 23:33 Oxunub 644
Bakıda çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kanalizasiya suları 10 gündən çoxdur küçəyə axır. Avtosfer.az xəbər verir ki, görüntülər Nizami rayonundan, Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsindəndir.

Sakinlərin sözlərinə görə, kanalizasiya borusunda yaranan problem səbəbilə çirkli su daşaraq avtomobil oluna tökülür. Ətrtafı isə üfunət bürüyüb.

Onlar deyirlər ki, ərazidə 10 gündür iş görülməsinə baxmayaraq, proses ləng gedir. Aidiyyəti qurumun əməkdaşları günlərdir işləyir, lakin hələ nəticə yoxdur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, Nizami rayonundakı həmin qəza yerində hazırda təmir və bərpa işləri həyata keçirilir. Kanalizasiya borusu binaya olduqca yaxın məsafədən keçdiyinə görə təmir işlərini mürəkkəbləşdirib. Hazırda xətt binadan kənar məsafədə çəkilir. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh