Bakıda COP29-la bağlı tədbir keçirilir

COP29 19 İyun 2024 11:08 Oxunub 252
Bakıda COP29-la bağlı tədbir keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı keçirilir.

Avtosfer.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan tədbirdə 100-dək qonaq iştirak edir.

Əvvəlcə tədbirin moderatoru - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantını açıq elan edib.

Sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Qeyd edək ki, 8 paneldən ibarət tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılacaq.

Tədbir iştirakçıları, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

Panel müzakirələrdən biri Zəngilan rayonunda təşkil olunacaq.

Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh