Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq - FOTO

Bakı şəhərinin Nizami rayonu Bəkir Çobanzadə küçəsinin sonuncu hissəsində təmir işləri aparılır. Uzunluğu 2,4 km olan yol Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan 700 metrlik ərazini əhatə edir. Küçənin ortalama eni isə 15 metrdir. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a daxil olan məlumatda bildirilib.
Təmir işləri zamanı köhnə səki daşları yeniləri ilə əvəzlənir. Küçəboyu 1 400 poqon metr yeni səki daşı düzüləcək. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçiriləcək. Ümumilikdə, ikiqat olmaqla 10 min kv. m sahə asfaltlanacaq.
Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək və mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.
Qeyd edək ki, B.Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF

















