Bakıda daha bir neçə avtobus xətti ləğv edilə bilər

Aprel, may aylarında Bakıda avtobus və taksi fəaliyyəti ilə məşğul olan bütün daşıyıcılarla əlaqədar reyd və yoxlamalar daha intensiv şəkildə aparılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.
NİİM-in sözçüsü qeyd edib ki, əgər BNA tərəfindən irəli sürülən tələblər yerinə yetirilməzsə, daha bir neçə daşıyıcı cəzalandırıla bilər: ""Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə bağlı mütəmadi olaraq daşıyıcılara xəbərdarlıqlar edilməsinə baxmayaraq, qayda pozuntuları hələ də təkrarlanır. Lakin yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin artıq aktiv fəaliyyətə başlaması ilə əlaqədar aprel-may aylarında yoxlamar daha intensiv şəkildə aparılacaq. Qanunvericiliklə tələblərə cavab verməyən, istismara yararsız, texniki cəhətdən nasaz, natəmiz, sürücüləri tərəfindən tez-tez qayda pozuntularına və sərnişinlərə qarşı kobudluqlara yol verən avtobusların marşrut xətləri qanunvericiliyə uyğun olaraq ya ümumiyyətlə, dayandırılacaq, ya da daşıyıcılar dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyinin məqsədi sərnişinlərin rahatlığı və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir və bu məqsədlə paytaxtın nəqliyyat sektorunda optimallaşdırma işləri bundan sonra da davam etdiriləcək".
Qeyd edək ki, bir müddət öncə marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı avtobus xəttinin fəaliyyətinin dayandırılması barədə qəbul edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












