Bakıda daha bir seyf oğurluğunun üstü açıldı - FOTO

Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək avqustun 20-dən 27-nədək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxsləri daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Nərimanov RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Abşeron rayon sakinləri – Fəxri Nərimanlı, Nurlan Məmmədov və qohumu Qara Məmmədov tərəfindən törədildiyi müəyyən edilmiş və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra qeyd edilən şəxslər dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər. Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombarda və ticarət mərkəzlərindən birində satıb.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI























