Bakıda daha bir yolu qazıb sürücülər üçün təhlükəli vəziyyət yaratdılar - VİDEO

Paytaxtın Əhməd Rəcəbli küçəsində, “Elit” Ticarət Mərkəzindən “Dərnəgül” metrosu istiqamətində hərəkət edən sürücülər üçün yeni təhlükə yaranıb.
Avtosfer.az xəbər verir ki, ərazidə aparılan təmir işləri zamanı qazılan çuxurun üstü işlər bitdikdən sonra bağlanmayıb və aidiyyəti qurum əməkdaşları ərazidən uzaqlaşıb. Bunun nəticəsində həm nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, həm də həmin ərazidə yaşayan sakinlər üçün ciddi təhlükə yaranıb.
Sürücülər bildirirlər ki, xüsusən də qaranlıq vaxtlarda çuxur görünmədiyi üçün qəza riski xeyli artır. Yolun dar hissəsində yaranan bu maneə həm axıcılığı pozur, həm də avtomobillərin alt hissəsində zədələrə səbəb olur. Sakinlər dəfələrlə xəbərdarlıq etsə də, problemin aradan qaldırılmaması narazılıq yaradıb.
Qeyd edək ki, dünən Binəqədi rayonu İlham Hacıyev küçəsində də analoji problem müşahidə edilmişdi. Həmin ərazidə çuxurun bağlanması əvəzinə üzərinə sadəcə çınqıl tökülərək vəziyyəti müvəqqəti şəkildə ört-basdır etməyə çalışıblar. Lakin aparılan yarımçıq “təmir” nəticəsində yol yenə də bərbad vəziyyətdə qalıb və nəqliyyat üçün təhlükə yaratmaqda davam edir.
Sakinlər və sürücülər aidiyyəti qurumları məsuliyyətli olmağa, qazıntı işlərindən sonra yolların standartlara uyğun bərpa edilməsini təmin etməyə çağırırlar.
Eltac Zülfüqaroğlu
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var










