Bakıda daha bir zavodda partlayış - FOTO-VİDEO

Paytaxtın Xətai rayonunda, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib. Əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib. İnsanlar əraziyə yaxın buraxılmır. Partlayışın səbəbi bilinmir.
Qeyd edək ki, “Radiozavod” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb. 1984-cü ildə “Radiozavod” “Robot” zavodu ilə birləşdirilərək “Radioquraşdırma” Bakı İstehsalat Birliyi adlandırılıb. 2006-cı ildən zаvоd Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.
Xatırladaq ki, bu gün Nərimanov rayonunda Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın baş vermişdi.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.
***
Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.
.jpg)
.jpg)

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












