“Bakıda daha çox ayaqyolu düzəltsəydilər, yaxşı olardı” - Niko Rosberq

Bakıda keçirilmiş “Formula 1” Avropa Qran-Prisinin qalibi Niko Rosberq yarışdan sonra gələn il ayaqyoluların sayının artırılmasını xahiş edib. Yarış başa çatdıqdan sonra Rosberq bildirib ki, ötən həftəsonu onu bir çox şeylər təəccübləndirib. Bunlar təhlükəsizlik avtomobillərinin olmaması, yarış vaxtı hər hansı qəzanın baş verməməsi və başqa nüanslar. Sonradan məlum olub ki, “Mercedes” komandasının pilotu uzun müddət ayaqyoluna növbə gözləməli olub və buna əsəbiləşib. Avtosfer.az xəbər verir ki, bu barədə autosport.com.ru yazıb. Həmin sayta inansaq, Rosberq bunları deyib: “Təşkilatçılar daha çox ayaqyolu düzəltsəydilər, daha yaxşı olardı. Bu həftəsonu növbələrdə çox vaxt keçirməli oldum”.
Qeyd edək ki, bu narahatlıq alman pilota yarışda qalib gəlməyə mane ola bilməyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












