Bakıda dəhşətli qəza - "Gelandewagen"də 3 nəfər yandı - VİDEO-FOTO

Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. "Mercedes Gelandewagen" markalı maşın idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Qəfildən alışan avtomobil qapılarını açmaq mümkün olmadığından salonda olan 3 nəfər yanaraq,dünyasını dəyişib. Qəza zamanı “Gelandewagen” avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin sürücüsü olub.
APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb. Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb. Qəza zamanı piyadanın da vurulduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, sözügedən “Mercedes Galendewagen” avtomobil 10 PP 203 dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.





İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












