Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı - VİDEO
Gündəm
12 İyun 2020 12:45
Oxunub 1966

Bakıda dələduzluq hadisəsi baş verib. Hadisə Səbail rayonunda qeydə alınıb. Metronun "İçərişəhər" stansiyası yaxınlığında yerləşən geyim mağazalarının birinə gələn orta yaşlı şəxs satıcıdan pulu xırdalamağı xahiş edib. Lakin o, xırda pulu satıcıdan aldıqdan sonra, bütöv pulu yan mağazadan gətirəcəyinə söz versə də qaçaraq yoxa çıxıb. Hadisə anbaan kameralara düşüb.
Ərazidə olan digər obyektlər bildirirlər ki, görüntülərdə olan şəxs eyni əməli bir müddət əvvəl aptek satıcısına qarşı törədib. (Trend)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













