Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sessiyası keçirilir

Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası öz işinə başlayıb. Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilir. İyunun 9-da isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası və DYƏT-in 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcək. Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir. DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür. DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da var. Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












