Bakıda ekspress avtobuslar fəaliyyətə başlayacaq – İSTİQAMƏTLƏR belə olacaq

Paytaxtda sürətli rejimdə işləyəcək yeni ekspress marşrutlar yaradılır. Bu marşurutlardan istifadə edəcək sərnişinlər paralel marşurutlarda hərəkət edən sərnişinlərdən daha tez mənzil başına çatacaqlar.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm daşımalarda əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bu addımlar atılır:
“Bu tədbirlər çərçivəsində 5-i mövcud, 2-si yeni olmaqla ümumilikdə 7 müntəzəm marşrutda müsabiqə elan olunub. Vətəndaşlardan daxil olan müraciətlərə əsasən 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrutlar üzrə təhlillər aparılıb. Sərnişindaşımadakı vəziyyət qənaətbəxş hesab edilmədiyindən bu xəttlər müsabiqəyə çıxarılıb”.
Mətbuat katibi onu da əlavə edib ki, vətəndaşların gediş-gəlişini sadələşdirmək və sərnişinlərin artan tələbatını nəzərə alaraq metronun “Xalqlar dostluğu” stansiyasını “Binə” ticarət mərkəziylə və eləcədə, bu stansiyanı “Sədərək” ticarət mərkəziylə əlaqələndirən “E2” nömrəli sürətli rejimdə işləyən yeni marşrutlar yaradılaraq istismara veriləcək:
“Məlumat üçün deyim ki, sürətli rejimli daşımalarda marşrut boyu avtobuslar müəyyən edilmiş bir neçə dayanacaq məntəqəsində dayanır. Bunlar əsas cəlbetmə məntəqələridir”.
Mais Ağayev sonda qeyd edib ki, müsabiqələr Nazirlər Kabinetinin 13 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobillə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq sərnişindaşımalarına sərnişin daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” qaydasına uyğun təşkil ediləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən daşıyıcı şirkətlər BNA-ya müraciət edə bilərlər.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?










