Bakıda ərəb turist biznesmeni döydü – RESTORANDA DAVA

Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub. Lent.az-ın əldə etdiyi məlumata görə, İçərişəhərdə - H.Z.Tağıyev küçəsində yerləşən və Pakistan vətəndaşı olan 1971-ci il təvəllüdlü Malik Azhar Abbasa məxsus “Tac Mahal” restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib. Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi olan pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib və ərəb turist pakistanlı iş adamına hücum edərək ona zərbələr endirib.
Restoranın sahibi üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












