Bakıda ət bahalaşdı - YENİ QİYMƏT

Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.
Avtosfer.az Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur.
Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.
Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər: "Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub".
Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır. "Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq", - qəssab Teymur Səfərov belə deyib.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










