Bakıda ev qiymətinə qarajlar satılır - VİDEO

Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiymətlərində artım müşahidə olunur.
Şəhərin mərkəzindəki yaşayışa hazır təmirli bir binada mənzilin bir kvadratmetri 5-6 min manatdırsa, parklanma yerinin bir kvadratmetri üçün təxminən 7-8 min manat tələb olunur.
Avtosfer.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elşad Əliyev "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, qiymətlərin belə yüksək olması tələbatın çoxluğu və həmin qarajlarda əlavə texniki vasitələrin olması ilə bağlıdır:
"Yeni tikili binalarda "Premium" mənzillər olduğuna, həmin binalarda beton-dəmir işləri baha başa gəldiyinə görə, şirkət həmin qarajları yüksək qiymətlərə təklif edir. Mənzil qiymətinə satılan həmin qarajların qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir".
Vəkil Emil Aslanov isə açıqlamasında bildirib ki, bəzi mənzil-tikinti kooperativləri (MTK) yeni tikilən binaların ümumi sahəsinə aid olan həyətyanı sahəni, eləcə də zirzəmidə kommunikasiya xətlərinin keçdiyi əraziləri qanunsuz olaraq qaraj kimi bina sakinlərinə satırlar.
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA








