Bakıda evakuator qaydaları belə pozur – VİDEO

Tez-tez sizlərə evakuator sürücülərin yollarda qaydaları pozaraq yaratdıqları təhlükələr barədə xəbər təqdim edirik. Belələrinə daha biri əlavə edilib.
Bu görüntüdə isə qadağan edilən yerdə dayanan avtomobili evakuasiya edən evakuator sürücüsü həm öz, həm də yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükə altına atır.
Nəqliyyat axının əksinə hərəkət edən evakuator avtomobili, yolu bağlayaraq qadağan edilmiş yerdə saxlanılan maşını evakuasiya edir. Bu zaman isə evakuator sürücüsü avtomobili heç bir təhlükəsizik tədbiri görülmədən yolun ortasında saxlamaqla həm öz, həmdə yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükə altına atır. Sürücülər isə evakuator idarə edənlərin bu şəkildə qayda pozmalarına tez-tez şahid olduqlarını bildirirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, qanunvericilik evakuator sürücülərinə heç bir üstünlük vermir.
Üstəlik yol polisinin göstərişi ilə evakutor sürücüsü qaydanı pozan zaman yol polis əməkdaşıda digər sürücülərə müvafiq göstərişlər verməklə həm evakuator ekipajının, həmdə digər sürücülərin təhlükəsizliyini təmin etməlidir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, görüntü əsasında araşdırma aparılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












