Bakıda evakuatorun apardığı "Mercedes"in sürücüsü danışdı - VİDEO

Bu gün Bakıda evakuatorla aparılan "Mercedes" markalı avtomobilin təkərinin linglə döndərilməsi müzakirələrə səbəb olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib. Şahidlərin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini Salatın Əsgərova küçəsi ilə cərimə meydançasına apararkən hər döngədə, avtomaşının diskinin əyilmə təhlükəsinə baxmayaraq, təkərlərini linglə döndərib.
Lakin bu gün həmin avtomobilin sürücüsü Şamil Emçiyev Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayaraq maraqlı məlumatlar verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, "Mercedes" markalı, 90 XC 699 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şamil Emçiyev ona zəng edib: "Mənə bildirdi ki, avtomobilinin videosu yayılıb və düzgün olmayan informasiya verilib. Əslində avtomobil həmin vaxt cərimə meydançasına yox, servisə aparılırmış. Avtomobildə texniki nasazlıq yarandığı üçün yolda qalıb. O da evakuator çağıraraq maşının təmir yerinə aparırmış. Görüntülər də həmin vaxt çəkilib".
Elmin
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












