Bakıda fəaliyyət göstərən köhnə avtobuslar yenilənəcək - AYNA sədri

Əgər Bakıda şəhərində avtobusların hərəkətinə maneçilik törədilməsə, intervalların qorunması təmin oluna bilər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyat sisteminin optimal fəaliyyəti üçün ümumilikdə 2 800-2 900 avtobusa ehtiyac var:
"Əsas hədəf isə yüklənmə səviyyəsini 70 %-ə endirməkdir. Bu göstərici beynəlxalq praktikada psixoloji rahatlıq həddi hesab olunur. Çünki sərnişin avtobusu uzaqdan yarıboş gördükdə daha rahat şəkildə minməyə qərar verir. Yüklənmə 90 %-ə yaxın olduqda isə, hətta içəridə yer olsa belə, avtobus dolu təsiri bağışlayır".
A.Rzayev qeyd edib ki, bu il də avtobus parkının genişləndirilməsi nəzərdə tutulur və plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayı 2 800-ə çatdırılacaq:
"Burada əsas məqamlardan biri keyfiyyət dəyişikliyidir. Əgər 2022-ci ildə şəhərdə cəmi 550 müasir avtobus var idisə, hazırda onların sayı 1 100-ə çatıb. Yəni həm avtobusların ümumi sayı artıb, həm də müasir nəqliyyat vasitələrinin payı yüksəlib".
O vurğulayıb ki, intervalların qorunması birbaşa avtobusların hərəkət şəraiti ilə bağlıdır:
"Əgər avtobusların hərəkətinə maneə yaradılmasa, intervalları qorumaq mümkündür. Məhz buna görə avtobus zolaqları yaradılır və bu istiqamətdə işlər davam etdirilir. İlkin mərhələdə avtobus zolaqlarına münasibət birmənalı olmasa da, artıq şəhərdə formalaşmış avtobus zolaqları şəbəkəsi mövcuddur və avtobuslar həmin şəbəkə üzrə daha stabil hərəkət edə bilirlər. Hazırda avtobusların orta sürəti 17 km/saatdan 21-22 km/saata qədər yüksəlib. Bu, həm intervalların qorunmasına, həm də ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir. Fürsətdən istifadə edib sürücülərə də çağırış etmək istərdim ki, avtobusların hərəkətinə mane olmasınlar və ictimai nəqliyyata yol versinlər. Çünki avtobusların hərəkəti sərbəst olduqda intervallar da daha rahat qorunur".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












