Bakıda film kimi hadisə: Qaraçılar gənc qıza hücum etdilər

Bu gün səhər saatlarında Xəzər rayonu, “Koroğlu” metrostansiyasının ətrafında qaraçılar gənc qıza hücum ediblər. Hadisəyə gənc qızın yerə kimsəsiz vəziyyətdə atılmış bələkdə olan körpəni yerdən götürərək polisə təhvil verməsi səbəb olub. Adının açıqlanmasını istəməyən gənc qız hadisəni belə nəql edib: “Avtobusdan düşdüm, gördüm ki, bələyə bükülmüş körpəni yolun ortasına qoyublar. Yanında da bir qutu var idi. Gəlib keçənlər qutuya qəpik atırdılar. Mənə vicdanıma ağır gəldi ki, yüzlərlə ailə övlad üzünə həsrətdir, kimsə bundan dilənçilik üçün istifadə edir. Ətrafa nəzər saldım ki, körpəni yerdən götürüb sahibinə verim, heç kimi tapmadım. İstədim ki, aparam təhvil verəm polisə ki, sahibini araşdırsın, uşağı versin. Qəfildən üztümə qaraçılar hücum çəkdi. Köynəyimi və çantamı cırdılar. 4-5 uşaq qollarımı cırmaqladı. Ətrafda heç bir polis də yox idi ki, müdaxilə etsin. Kənardakı adamlar gec də olsa müdaxilə etdilər, məni onların əlindən aldılar. O balacalar da tez uşağı əlimdən qapıb apardılar. Mən dərhal 102 xidmətinə məlumat verdim. Mən başa düşə bilmirəm ki, polislər niyə ərazidə yoxdular. Körpə uşaqları gətirib yolun ortasına atıb gediblər”. (cebhe.info)
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










