Bakıda gənc bloger sosial çarx çəkərkən ölümdən son anda xilas oldu - VİDEO

Paytaxtda bəzi yol-nəqliyyat hadisələrində piyada vurma halları zamanı çox vaxt sürücülər günahkar hesab edilsə də, bəzən məsuliyyət məhz piyadaların səhlənkarlığından qaynaqlanır.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər də bunu bir daha təsdiqləyir.
Belə ki, sosial çarxları ilə tanınan bloger Orxan Mirzəyev çəkdiyi kadrlarla həm vətəndaşlara, həm də sürücülərə təhlükə yaradıb. O, insanlarla zarafat məqsədilə müxtəlif “şou” səhnələri quraraq ictimai yerdə təhlükəli situasiyalar formalaşdırıb.
Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində lentə alınan görüntülərdə bloger tələbələrlə zarafatlaşarkən akrabatik hərəkətlər göstərməyə çalışıb, bu vaxt ayağı sürüşərək yola yıxılıb və “Toyota” markalı avtomobilin qarşısına düşüb. Sürücü qəzanın qarşısını almaq üçün maşını sola qaçırmağa çalışıb və siqnal verərək blogerin məsuliyyətsiz hərəkətinə reaksiya göstərib.
Blogerin bu və digər videoları sosial şəbəkələrdə ciddi ictimai qınağa səbəb olub. O, insanları qəzəbləndirəcək hərəkətlər edərək onların reaksiyalarını çəkir və həmin görüntüləri sosial mediada paylaşır.
İstər piyada, istərsə də sürücü olsun, hər kəsin yolda təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir. Zarafat xatirinə edilən məsuliyyətsiz davranışlar bir an içində faciəyə səbəb ola bilər.
Fidan
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










