Bakıda geylərin toyu olduğu restorandan AÇIQLAMA

“Qızılqaya” şadlıq sarayının rəhbərliyi orada həmcinslərin toyu barədə yayılan video və fotoşəkillərə münasibət bildirib. Şadlıq sarayının adının çəkilməsini istəməyən rəsmisi ilk olaraq foto və videoda əks olunanları təkzib etsə də, bizim israrlarımızdan sonra danışmağa başladı. Avtosfer.az xəbər verir ki, o, modern.az-a bildirib ki, şadlıq sarayında belə bir toy olmayıb: “Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı. Bir müddət sonra həmin “kişi” təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki, o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi”.
Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan “kişi” masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb:
“Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimizdə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub”.
Qeyd edək ki, yayılan foto və videoda məclisin əsasən geylərdən təşkil edildiyi aydın görünür. Yayılan məlumatlarda “gəlin”in adının Aydın olduğu bildirilir.


Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












