Bakıda gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib - FOTO + VİDEO

Bakıda xüsusi-karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda "Hamam Center" adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər.
Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunuraq, hər biri cərimə ediliblər.






Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










