Bakıda güclü partlayış - 3 nəfər xəsarət alıb - VİDEO

Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində güclü partlayış olub. Əşya anbarında baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış güclü olduğundan yaxınlıqda olan avtomobillərə və evlərə də ciddi ziyan dəyib. Səhər saat 9 radələrində Bakıda güclü partlayış baş verib. Hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən əşya anbarında olub. Partlayış güclü olduğundan anbar tamamilə dağılıb. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Partlayış anbarda olub və olduqca böyük bir ərazini əhatə edir. Ərazi Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları tərəfindən tam olaraq mühasirəyə alınıb və ilkin araşdırma aparılıb. Həmçinin, hadisə anında yaxınlıqda olan obyektlərə, yaşayış binasının bir neçə mənzilinə və həyətdə olan avtomobillərə də ziyan dəyib. Partlayış o qədər güclü olub ki, hadisə anında anbardan çıxan daş parçaları ətrafa səpələnib. Təxminən 12-ə yaxın avtomobil ziyan dəyib.
Əraziyə dərhal Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan biri xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa anbarda yaranan qaz sızması səbəb olub. Ancaq hadisənin dəqiq hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bilinəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












