Badamdarda yeni yaşıllaşdırılan dağ yanır - VİDEO - FOTO
Gündəm
25 İyul 2021 00:32
Oxunub 7594

Səbail rayonu ərazisində 20-ci sahə Badamdar yolunun üzərində yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, yanğın baş verdiyi ərazi sürüşmə zonası sayılır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yəni Badamdar qəsəbəsindən 20-ci sahə ərazisinə daxil olan yol bağlanılıb. Buna görə yanğının söndürülməsi üçün cəlb olunan texnika əraziyə daxil olmaqda çətinlik çəkib. Hazırda yanğın 3-5 hektara yaxın ərazini əhatə edir. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunsa da küləkli hava şəraitindən alov genişlənməkdə davam edir.
FHN-nin göstərdiyi iki saatlıq mübarizədən sonra yanğın söndürülüb.
ŞƏRH YAZ
















