Bakıda havaya görə avtobus sürücülərinə xəbərdarlıq edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) havanın kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə BNA-dan bildirilib. Məlumata görə, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, Agentlik sürücülərə tövsiyə edib ki, qarşıdakı günlərdə meteoroloji vəziyyəti nəzərə alaraq avtonəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər. Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.
Qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












