Bakıda həbs olunan silahlı ''razborşik'' deputatın qohumudur

Bir neçə gün əvvəl Bakıda silahla həbs olunan şəxslə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb. Avtosfer.az xəbər verir ki, criminal.az-a verilən məlumata görə, paytaxtda silahla gəzən gənc deputatın qohumudur. Həbs olunan şəxs Tural Əlikram oğlu Haqverdiyevdir. Onu bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tutub. “Volkswagen” markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub. T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda Şüvəlnda yerləşən istintaq təcridxanasında saxlanılır. T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












